Ermənistanda son 24 saat ərzində koronavirusun 702 halı aşkar edildi, 23 pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 702 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan 21 pasiyent vəfat etdi və virusdan 1 128 pasiyent müalicə olunaraq sağaldı.