Ermənistanda son 24 saat ərzində koronavirusun 584 halı aşkar edildi, 28 pasiyent vəfat etdi

11:40, 08.12.2020

Ermənistanda koronavirusun 584 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 28 pasiyent vəfat etdi.

8 dekabr göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 142 928 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 2 969 insan vəfat edib, 119 147 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 22 448 pasiyent müalicəsini davam etdirir.

Oxşar