Ermənistanda son 24 saat ərzində koronavirusun 582 halı aşkar edildi
Ermənistanda koronavirusun 582 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan 10 pasiyent vəfat etdi və virusdan 902 pasiyent müalicə olunaraq sağaldı.
Son 24 saat ərzində Ermənistanda 2 483 test edildi.