Ermənistanda son 24 saat ərzində koronavirusun 348 halı aşkar edildi, 22 pasiyent vəfat etdi

11:39, 29.12.2020

Ermənistanda koronavirusun 348 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 22pasiyent vəfat etdi və virusdan 1 267 pasiyent müalicə olunaraq sağaldı.

29 dekabr göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 158 296 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 2 797 insan vəfat edib, 140 942 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 13 881 pasiyent müalicəsini davam etdirir.

Oxşar