Ermənistanda son 24 saat ərzində koronavirusun 335 yeni halı qeydə alındı

12:03, 21.05.2020

Ermənistanda son 24 saat ərzində koronavirus 335 insanda aşkar edildi. Dünən virusa yeni yoluxanların sayı 230 idi.

Nəticədə, virusa yoluxanların sayı ölkədə 5 606-nı təşkil etdi. Buradan 2 581 pasiyent artıq sağalıb.

Ermənistan Xəstəliklərə Nəzarət Mərkəzində bəyan edirlər ki, hazırda xəstəxanalarda 2 928 insan müalicə olunur.

Səhiyyə Nazirliyinin məlumatına görə, epidemiyanın başlamasından bu günə qədər Ermənistanda “COVID-19” diaqnozu ilə 70 insan vəfat etdi. Buradan üçü son 24 saat ərzində vəfat edib.

Oxşar