Ermənistanda son 24 saat ərzində koronavirusun 324 halı aşkar edildi, 14 pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 324 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan 14 pasiyent vəfat etdi və virusdan 928 pasiyent müalicə olunaraq sağaldı.