Ermənistanda son 24 saat ərzində koronavirusun 309 halı aşkar edildi
Ermənistanda koronavirusun 309 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan 12 pasiyent vəfat etdi və virusdan 928 pasiyent müalicə olunaraq sağaldı.