Ermənistanda son 24 saat ərzində koronavirusun 288 yeni halı aşkar edildi

17:07, 05.08.2020

Ermənistanda son 24 saat ərzində koronavirusun 288 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

5 avqust göstəriciləri ilə, epidemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 39 586 halı qeydə alındı.

Son bir gün ərzində virusdan iki insan vəfat etdi. Ölənlərin ümumi sayı 770-ə çatır.

Ermənistanda koronavirusa yoluxanlardan 30 850 insan müalicə olunaraq sağaldı.

Oxşar