Ermənistanda son 24 saat ərzində koronavirusun 150 yeni halı aşkar edildi, 248 pasiyent sağaldı
Ermənistanda son 24 saat ərzində koronavirusun 150 yeni halı aşkar edildi, 248 pasiyent müalicə olunaraq sağaldı, iki pasiyent isə, vəfat etdi.
Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinad edərək yayır.
Epidemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 46 119 halı qeydə alındı. Buradan 41 941 pasiyent artıq sağalıb. Virus nəticəsində ölkədə 1 203 insan vəfat edib.