Ermənistanda son 24 saat ərzində koronavirusun 1116 yeni halı aşkar edildi
Ermənistanda son 24 saat ərzində koronavirusun 1116 yeni halı aşkar edildi

Ermənistanda son 24 saat ərzində koronavirusun 1116 yeni halı aşkar edildi, 864 pasiyent müalicə olunaraq sağaldı.

Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan19 pasiyent vəfat etdi. Virus nəticəsində ölkədə 3 552 insan vəfat edib.