Ermənistanda son 24 saat ərzində 939 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 19 pasiyent vəfat edib

12:00, 23.09.2021

Ermənistanda son 24 saat ərzində 939 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb və 592 xəstə sağalıb. Eyni zamanda, ölkədə son günlərdə 19 xəstə “Covid-19” dan vəfat edib, digər dörd nəfərin ölüm səbəbi kimi digər xəstəliklər göstərildi.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinə əsaslanan erməni mətbuatı yayıb.

Ötən gecə Ermənistanda 5823 koronavirus testi aparılıb. Sentyabrın 23 -nə olan məlumata görə, pandemiya başlayandan bəri ölkədə 255,648 koronavirus halı aşkarlanıb, onlardan 237,855 -i sağalıb.

Pandemiya başlayandan bəri, rəsmi məlumatlara görə, Ermənistanda ümumilikdə 5200 nəfər koronavirusdan vəfat edib.

Oxşar