Ermənistanda son 24 saat ərzində 891 koronavirusa yoluxma faktı qeydə alınıb, 534 xəstə sağalıb

11:30, 05.10.2021

Ermənistanda son 24 saat ərzində 891 koronavirusa yoluxma faktı qeydə alınıb, 534 xəstə sağalıb. Eyni zamanda, ölkədə son bir gündə 22 xəstə Covid-19-dan vəfat etdi, daha iki xəstənin ölüm səbəbi kimi digər xəstəliklər göstərildi.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinə əsaslanan erməni mətbuatı yayıb.

Ötən gün Ermənistanda 6.904 koronavirus testi aparılıb.

Oktyabrın 5 -nə olan məlumata görə, pandemiya başlayandan bəri ölkədə 266,208 koronavirus halı aşkarlanıb, onlardan 245,376 nəfər sağalıb.

Pandemiya başlayandan bəri, rəsmi məlumatlara görə, Ermənistanda ümumilikdə 5419 nəfər koronavirusdan vəfat edib.

Oxşar