Ermənistanda Rusiyadan Ermənistana mayeləşdirilmiş təbii qazın Azərbaycan üzərindən dəmir yolu ilə nəqli imkanını nəzərdən keçirdiklərini bildirirlər
Ermənistanda Rusiyadan Ermənistana mayeləşdirilmiş təbii qazın Azərbaycan üzərindən dəmir yolu ilə nəqli imkanını nəzərdən keçirdiklərini bildirirlər

 

Ermənistan Rusiyadan Ermənistana mayeləşdirilmiş təbii qazın Azərbaycan üzərindən dəmir yolu ilə nəqli imkanını nəzərdən keçirir – bu haqda Ermənistanın İqtisadiyyat Nazirliyinin mətbuat katibi Lilit Şaboyan deyib.

Bunun nə vaxt mümkün olacağı sualına, sözçü konkret tarix göstərmədən “Tezliklə” cavabını verib. Qeyd etmək lazımdır ki, son günlərdə Ermənistanda mayeləşdirilmiş təbii qazın qiyməti demək olar ki, iki dəfə artıb.

“İki əsas ölkədən – İran və Rusiyadan qaz aldığımız üçün İranda məlum vəziyyətlərə görə müəyyən problemlər yaranıb və Rusiya ilə bağlı problemlər Yuxarı Larsi ilə bağlıdır. Lakin bu məsələ çox tezliklə həll olunacaq, çünki Ermənistana mayeləşdirilmiş qazın dəmir yolu ilə idxalı başlayacaq və mayeləşdirilmiş rus qazı çox tezliklə Azərbaycan üzərindən Ermənistana daxil olacaq. Rusiyadan Ermənistana mayeləşdirilmiş qazın dəmir yolu ilə idxalı variantı nəzərdən keçirilir” – Ermənistanın İqtisadiyyat Nazirliyinin nümayəndəsi bildirib.