Ermənistanda müxalifətçi deputat Artur Sarkisyanı saxlayıblar.
Erməni mediasına əsasən, Yerevanın Avan və Nor-Nork inzibati rayonlarının ümumi yurisdiksiyalı birinci instansiya məhkəməsi, Milli Assambleyanın “Ermənistan” fraksiyasının deputatı Artur Sarkisyan barəsində iki aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin edib.
Bundan əvvəl Milli Assambleya baş prokurorun Sarkisyanın saxlanılması ilə bağlı vəsatətini təsdiqləmişdi. Bu təşəbbüsü 62 deputat dəstəklədi.
Artur Sarkisyan arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkat çərçivəsində terror aktları hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə şübhəli bilinir.