Ermənistanda müxalifət partiyası "Vətən"in baş katibi Xaçik Qalstyan saxlanılıb
Ermənistanda müxalifət partiyası "Vətən"in baş katibi Xaçik Qalstyan saxlanılıb

 

Antikorrupsiya Komitəsinin müstəntiqləri “Vətən” partiyasının baş katibi Xaçik Qalstyanı saxlayıblar. Bu haqda məlumatı erməni mediası yayır.

Məlumatı müxalifətçinin vəkili də təsdiqləyir.

Bundan əvvəl “Vətən” partiyasının lideri Artur Vanetsyan bildirib ki, ona məlum olmayan səbəblərdən Ermənistanın Antikorrupsiya Komitəsinin əməkdaşları Qalstyanın mənzilində axtarış aparırdılar.

Vanetsyanın qeyd etdiyi kimi, “bu, Ermənistanda siyasi təqibin daha bir nümunəsidir”.