Ermənistanda koronavirusun 948 halı aşkar edildi
Ermənistanda koronavirusun 948 halı aşkar edildi

Ermənistanda son 24 saat ərzində koronavirusun 948 təsdiq olunmuş yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 23 pasiyent vəfat etdi.

17 noyabr göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 118 870 halı qeydə alınıb. Virus nəticəsində ölkədə 1 811 insan vəfat edib.

Ermənistanda 2021-ci ilə qədər kimi karantin elan edilib.