Ermənistanda koronavirusun 745 yeni halı aşkar edildi, altı pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 745 yeni halı aşkar edildi, altı pasiyent vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 745 təsdiq olunmuş yeni halı aşkar edildi.

Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan altı pasiyent vəfat etdi.

Bu vaxt üçün ölkənin xəstəxanalarında virusa yoluxan 9 908 pasiyent müalicə olunur.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 57 566 halı qeydə alındı. Virus nəticəsində ölkədə 1 032 insan vəfat edib.