Ermənistanda koronavirusun 596 yeni halı aşkar edildi, yeddi pasiyent isə, vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 596 yeni halı aşkar edildi, yeddi pasiyent isə, vəfat etdi.
Bu barədə məlumatı yerli media Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin göstəricilərinə istinad edərək yayır.
Rəsmi göstəricilərlə, Ermənistanda “COVID-19” virusunun 11 817 halı qeydə alınıb, virusdan 3 513 nəfər sağalıb, 183 pasiyent vəfat edib, 8 052 pasiyent müalicəsini davam etdirir.