Ermənistanda koronavirusun 549 halı aşkar edildi, 25 pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 549 təsdiq olunmuş yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan 25 pasiyent vəfat etdi, 881 pasiyent isə, müalicə olunaraq sağaldı.
Ümumilikdə ölkədə koronavirus üzrə 465 mindən artıq test edildi. Ermənistanda 2021-ci ilə qədər kimi karantin elan edilib.