Ermənistanda son 24 saat ərzində koronavirusun 430 yeni halı aşkar edildi, 214 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan yeddi pasiyent vəfat etdi.
Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 234 227 halı qeydə alınıb.
Virus nəticəsində ölkədə 4 685 insan vəfat edib, 222 397 pasiyent müalicə olunaraq sağalıb.
Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 6 013 pasiyent müalicəsini davam etdirir.