Ermənistanda koronavirusun 415 yeni halı aşkar edildi, on insan vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 415 yeni halı aşkar edildi.
Bu barədə məlumatı erməni mediası ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Epidemiyanın başlamasından bu günə qədər, Ermənistanda koronavirus 34 877 insanda təsdiq olundu.
Ötən bir gün ərzində ölkədə virus nəticəsində on insan vəfat etdi. Ümumilkdə ölənlərin sayı isə, 641 pasiyenti təşkil edir.