Ermənistanda koronavirusun 399 yeni halı aşkar edildi, 635 pasiyent sağaldı
Ermənistanda son 24 saat ərzində koronavirusun 399 yeni halı aşkar edildi, 635 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan 16 pasiyent vəfat etdi.