Ermənistanda koronavirusun 397 yeni halı aşkar edildi
Ermənistanda son 24 saat ərzində koronavirusun 397 yeni halı aşkar edildi, 264 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan doqquz pasiyent vəfat etdi.
Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 233 797 halı qeydə alınıb.
Virus nəticəsində ölkədə 4 678 insan vəfat edib, 221 183 pasiyent müalicə olunaraq sağalıb.