Ermənistanda koronavirusun 385 yeni halı aşkar edildi, 15 pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 385 yeni halı aşkar edildi, 235 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan 15 pasiyent vəfat etdi.
Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 237 634 halı qeydə alınıb.
Virus nəticəsində ölkədə 4 752 insan vəfat edib, 224 254 pasiyent müalicə olunaraq sağalıb.
Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 7 482 pasiyent müalicəsini davam etdirir.