Ermənistanda koronavirusun 357 yeni halı aşkar edildi, 11 pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 357 yeni halı aşkar edildi, 269 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan 11 pasiyent vəfat etdi.
Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 235 171 halı qeydə alınıb.
Virus nəticəsində ölkədə 4 713 insan vəfat edib, 223 070 pasiyent müalicə olunaraq sağalıb.