Ermənistanda koronavirusun 33 yeni halı aşkar edildi, üç pasiyent vəfat etdi
Ermənistanda son bir gün ərzində koronavirusun 33 yeni halı aşkar edildi, üç pasiyent vəfat etdi.
Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinad edərək yayır.
24 avqust göstəriciləri ilə, epidemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 42 825 halı qeydə alındı. Buradan 36 049 pasiyent artıq sağalıb. Ümumilikdə 1 110 insan vəfat edib.