Ermənistanda koronavirusun 329 yeni halı aşkar edildi
Ermənistanda son 24 saat ərzində koronavirusun 329 yeni halı aşkar edildi, 179 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan yeddi pasiyent vəfat etdi.