Ermənistanda koronavirusun 209 yeni halı qeydə alındı, beş insan vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 209 yeni halı qeydə alındı.
Məlumatı Ermənistan Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzi yayır.
Son bir gün ərzində Ermənistanda koronavirusdan beş pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər ölkədə koronavirusun 39 050 təsdiq olunmuş halı qeydə alınıb, 29 750 pasiyent müalicə olunaraq sağalıb, 754 pasiyent vəfat edib.