Ermənistanda koronavirusun 2 441 yeni halı qeydə alındı
Ermənistanda son 24 saat ərzində koronavirusun 2 441 təsdiq olunmuş yeni halı aşkar edildi.
Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan 28 pasiyent vəfat etdi, 510 pasiyent müalicə olunaraq sağaldı.