Ermənistanda koronavirusun 2 175 halı aşkar edildi, 28 pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 2 175 halı aşkar edildi, 28 pasiyent vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 2 175 təsdiq olunmuş yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 28 pasiyent vəfat etdi, 921 pasiyent isə, müalicə olunaraq sağaldı.

8 noyabr göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 106 424 halı qeydə alınıb. Virus nəticəsində ölkədə 1 964 insan vəfat edib,  64 179 pasiyent müalicə olunaraq sağalıb.