Ermənistanda koronavirusun 194 yeni halı aşkar edildi
Ermənistanda koronavirusun 194 yeni halı aşkar edildi

Ermənistanda son 24 saat ərzində koronavirusun 194 yeni halı aşkar edildi, 102 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan üç pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 227 716 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 4 572 insan vəfat edib, 218 529 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 3 503 pasiyent müalicəsini davam etdirir.