Ermənistanda son 24 saat ərzində koronavirusun 181 yeni halı aşkar edildi, beş pasiyent isə, vəfat etdi.
Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinad edərək yayır.
28 avqust göstəriciləri ilə, epidemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 43 451 halı qeydə alındı. Buradan 37 mindən artıq pasiyent artıq sağalıb. Ümumilikdə 1 135 insan vəfat edib.