Ermənistanda koronavirusun 168 yeni halı aşkar edildi, iki pasiyent vəfat etdi
Ermənistanda son bir gün ərzində koronavirusun 168 yeni halı aşkar edildi, iki pasiyent vəfat etdi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinad edərək yayır.
16 avqust göstəriciləri ilə, epidemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 41 663 halı qeydə alındı. Buradan 34 584 pasiyent artıq sağalıb. Ümumilikdə 1 061 insan vəfat edib.