Ermənistanda koronavirusun 123 yeni halı aşkar edildi, üç pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 123 yeni halı aşkar edildi, üç pasiyent vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 123 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan üç pasiyent vəfat etdi.

Doqquz fevral göstəriciləri ilə, pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 168 300 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 3 126 insan vəfat edib, 160 169 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 4 221 pasiyent müalicəsini davam etdirir.