Ermənistanda koronavirusun 120 yeni halı aşkar edildi. Bu barədə məlumatı Ermənistan Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayır.
Ümumilikdə, epidemiyanın başlamasından bu günə qədər ölkədə koronavirusun 9 402 halı qeydə alınıb. 5 896 hələ yenə də xəstəxanada qalır.
Son 24 saat ərzində virus nəticəsində səkkiz insan vəfat etdi. Ümumilikdə “COVID-19” ilə vəfat edənlərin sayı 139-u təşkil edir.