Ermənistanda koronavirusun 104 yeni halı aşkar edildi, doqquz insan vəfat etdi
Ermənistanda koronavirusun 104 yeni halı aşkar edildi, doqquz insan vəfat etdi

Ermənistanda koronavirusa yoluxanların sayı 35 minə yaxınlaşdı.

Son 24 saat ərzində koronavirusun 104 yeni halı aşkar edildi.

Məlumatı Ermənistan Xəstəliklərə Nəzarət Mərkəzi yayır.

Ümumilikdə, pandemiyanın başlamasından bu günə qədər, Ermənistanda koronavirusun 34 981 halı qeydə alınıb. 10 620 pasiyent müalicəsini davam etdirir.

Son bir gün ərzində virusdan doqquz insan vəfat etdi. Koronavirus nəticəsində vəfat edənlərin sayı 650-ni təşkil edir.