Ermənistanda koronavirusun 1 863 yeni halı aşkar edildi, 42 pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 1 863 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan 42 pasiyent vəfat etdi.
Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 280 294 halı qeydə alınıb.
Virus nəticəsində ölkədə 5 754 insan vəfat edib, 253 146 pasiyent müalicə olunaraq sağalıb.