Ermənistanda koronavirusun 1 482 halı aşkar edildi, 25 pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 1 482 təsdiq olunmuş yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan 25 pasiyent vəfat etdi, 879 pasiyent isə, müalicə olunaraq sağaldı.
Ermənistanda 2021-ci ilə qədər kimi karantin elan edilib.