Ermənistanda koronavirusun 1 194 yeni halı qeydə alındı
Ermənistanda son 24 saat ərzində koronavirusun 1 194 təsdiq olunmuş yeni halı aşkar edildi.
Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan 28 pasiyent vəfat etdi.