Ermənistanda koronavirusun 1 042 halı aşkar edildi, 23 pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 1 042 təsdiq olunmuş yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan 23 pasiyent vəfat etdi, 731 pasiyent isə, müalicə olunaraq sağaldı.