Ermənistanda koronavirusa yoluxmanın 52 yeni halı qeydə alındı. Məlumatı Ermənistan mediası, ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ölkədə koronavirus artıq 822 insanda təsdiq olundu. Yoxlama nəticəsində virus 3 844 insanda müəyyən edilmədi.
Hazırda Ermənistan xəstəxanalarında 758 insan müalicə olunur. Ölkədə 57 insan virusdan sağaldı. Yeddi pasient isə, dünyasını dəyişdi.