Ermənistanda koronavirusa yoluxmanın 50 yeni halı aşkar edildi. Məlumatı Ermənistan mediası ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinə istinad edərək yayır.
23 aprel göstəriciləri ilə, Ermənistanda “COVID-19” virusu cəmi 1 523 insanda təsdiq olundu. Bu vaxt üçün Ermənistan xəstəxanalarında 840 insan müalicə olunur, 659 pasiyent artıq sağalıb, 24 nəfər isə, həlak olub.