Ermənistanda koronavirusa yoluxmanın 195 və ölümün 11 yeni halı aşkar edildi
Ermənistan Xəstəliklərə Nəzarət Mərkəzinin göstəricilərinə görə, 8 iyun durumu ilə, ölkədə koronavirusun 195 yeni halı qeydə alındı. Bununla yanaşı son 24 saat ərzində 11 insan vəfat etdi.
Ümumilikdə, Ermənistanda epidemiya zamanı virusa 13 325 insan yoluxub və 211 insan vəfat edib.
Hazırda xəxtəxanalarda 8 943 insan müalicəsini davam etdirir. 4 099 pasiyent sağalıb.