Ermənistanda son bir gün ərzində koronavirusun 111 yeni halı aşkar edildi, dörd pasiyent vəfat etdi.
Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinad edərək yayır.
25 avqust göstəriciləri ilə, epidemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 42 936 halı qeydə alındı. Buradan 36 475 pasiyent artıq sağalıb. Ümumilikdə 1 118 insan vəfat edib.