Erməni mediasının məlumatına əsasən, Gümrünün meri və daha 7 nəfəri saxlayıblar.
Medianın yazdığı kimi, Ermənistanın Antikorrupsiya Komitəsinin apardığı genişmiqyaslı əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Gümrünün meri ilə baş memarın əvvəlcədən razılaşma əsasında rüşvət alması barədə faktiki məlumatlar əldə edilib.
Antikorrupsiya Mərkəzinin məlumatına əsasən, şəhər merinin və daha 7 nəfərin saxlanılması barədə qərar qəbul edilib.
Həmçinin, İstintaq Xidmətində bildirirlər ki, saxlanılan cinayətkar qrupun üzvləri konspirativ və korrupsiya sxemləri ilə fəaliyyətlərini davam etdirmək məqsədilə Gümrü şəhərinin İctimai Şurasının üzvləri haqqında məlumat əldə etmək məqsədilə onları izləyirlərmiş, bununla da onları şantaj edirdilər.
Antikorrupsiya Xidmətində işin istintaqının davam etdiyini bildirirlər.