Ermənistanda, Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında etiraz aksiyası keçirildi, polis bir neçə nümayişçini həbs etdi
Ermənistanda, Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında etiraz aksiyası keçirildi.
Ermənistan mediasının məlumatına görə, “Milli-Demokratik Qütb” siyasi qüvvəsinin təşkil etdiyi aksiyada polis bir neçə nəfəri həbs edib.
Mitinq iştirakçıları və polis arasında qarşıdurma nümayişçilərin 102-ci Rusiya hərbi bazasına yaxınlaşmasından sonra başladı. Aksiya iştirakçıları “Ana Ermənistan” abidəsi önünə yürüş təşkil etdilər.
Buna qədər, aksiyanın təşkilatçıları 28 gündür bağlı olan Laçın dəhlizi ətrafında yaranmış vəziyyətlə əlaqədar 102-ci bazanın girişlərini bağlamaq niyyətində olduqlarını bəyan etdilər. Nümayişçilər Rusiya hərbçilərindən öhdəliklərini yerinə yetirməyi və Laçın dəhlizinin açılmasını tələb etdilər.