Ermənistanda koronavirusun yayılmasının prevensiyası məqsədi ilə tədbiq olunan fövqəladə vəziyyət daha bir ay müddətinə uzadıldı. Qərarı hökumətin iclasında qəbul etdilər. Məlumatı yerli media yayır.
Hökumətin qərarı ilə, ölkədə fövqəladə vəziyyət bu gündən 12 avqust, saat 17:00-a qədər qüvvədədir.
13 iyul göstəriciləri ilə, ölkədə koronavirusun 32 151 halı təsdiq olunub, 573 insan vəfat edib.