Ermənistanda etiraz aksiyası keçirildi, nümayişçilər Ermənistanla Dağlıq Qarabağı birləşdirən əsas yolun açılmasını tələb edirdilər

11:05, 21.05.2023

Ermənistanda bir neçə min insan Azərbaycanla sərhəddə etiraz aksiyası keçirdi. Bu barədə məlumatı “Reuters” yayır. Nümayişçilər Ermənistanla Dağlıq Qarabağı birləşdirən əsas yolun açılmasını tələb edirdilər.

Etiraz aksiyası Laçin dəhlizinin sərhədində yerləşən Kornidzorda keçirildi. Laçın dəhlizi Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeganə yoldur, harada da Azərbaycan ötən ay nəzarət-buraxılış məntəqəsini təşkil etdi.

Nümayişdə müxalif siyasətçilər və vətəndaş fəalları iştirak edirdilər.

Azərbaycan hakimiyyəti Laçın dəhlizinin blokadasını inkar edir və bildirir ki, keçid məntəqəsinin yaradılması Ermənistan tərəfinin dəhlizdən silah daşımaq üçün istifadə etməsindən sonra lazım gəldi.

Oxşar