Ermənistanda etiraz aksiyaları davam edir, Yerevanda nəqliyyatın hərəkəti iflic olub, küçələr bağlanıb
Artıq üçüncü gündür ki, Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyaları davam edir. Yerli medianın məlumatına görə, səhər saatlarından Yerevanda nəqliyyatın hərəkəti iflic olub, bir çox küçə və körpülər bağlanıb.
Onların sözlərinə görə, körpülərdən birində nəqliyyatın hərəkəti xüsusi tikinti texnikası ilə təcrid olunub.
Medianın verdiyi məlumata görə, hazırda Baqramiani prospektində də nəqliyyatın hərəkəti bağlanıb. Etirazçılar “Ermənistan Nikolsuz” şüarlarını səsləndirirlər.
Xatırladaq ki, Ermənistanda hökumət əleyhinə mitinq mayın 1-dən başladı. Etirazçılar ölkənin baş naziri, Nikol Paşinyan və nazirlər kabineti üzvlərinin istefasını tələb edirlər. Fəallar tələbləri yerinə yetirilməyənə qədər vətəndaş itaətsizliyinin dayanmayacağını və mitinqlərin bütün ölkə miqyası ilə keçiriləcəyini bəyan edirlər.