Ermənistanda bildirirlər ki, ölkə Moskva ilə əməkdaşlığın yüksək səviyyədə saxlanmasında maraqlıdır, lakin konstruktiv müzakirə tələb edən obyektiv suallar var

12:30, 16.01.2025

 

Ermənistan Moskva ilə əməkdaşlığın yüksək səviyyədə saxlanmasında maraqlıdır, lakin sağlam və konstruktiv müzakirə tələb edən obyektiv suallar var. Erməni mediasının məlumatına əsasən, bu haqda Ermənistanın müdafiə naziri Suren Papikyan mətbuat konfransında bildirib.

Müdafiə naziri ikitərəfli münasibətlərin əhəmiyyətindən danışıb və qeyd edib ki, bu münasibətlər balanslaşdırılmış və qarşılıqlı hörmətə əsaslanmalıdır. O deyib ki, bu cür əməkdaşlıq üçün şərait bəyanatlar və ya televiziya verilişləri ilə deyil, birgə səylərlə yaradılmalıdır.

“Hazırda Rusiya ilə hər hansı yeni sazişlərdən danışa bilmərəm. Lakin, deyə bilərəm ki, rəsmi Yerevan Moskva ilə əməkdaşlığın yüksək səviyyədə saxlanmasında maraqlıdır. Lakin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, 2022-ci ilin hadisələrindən danışanda və sonra 2025-ci ildə çıxıb desək ki, hər şey qaydasındadır, bu belə deyil. Obyektiv suallarımız var. Fikrimcə, bu obyektiv suallara sağlam müzakirələr nəticəsində cavablar alınmalıdır. Həmçinin, gələcək əməkdaşlığımızın dərinliyi və səviyyəsi bu cavabdan asılıdır” – müdafiə naziri qeyd edib.

Papikyan deyib ki, Ermənistan Moskva ilə ikitərəfli əməkdaşlıq sənədlərinin heç birini ləğv etməyib.

“Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyümüzü rəsmi olaraq belə ləğv etməmişik, lakin de-fakto orada iştirak etmirik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistan Respublikasından heç bir zabitin olmamasına görə biz günahkar deyilik” – Papikyan bildirib.

Oxşar